İran İsraili hücumlarla bağlı xəbərdar edib

Dünya xəbərləri Materials 10 İyul 2026 17:24 (UTC +04:00)
İran İsraili hücumlarla bağlı xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran infrastruktur obyektlərinə hücum ediləcəyi təqdirdə İsrail ərazisindəki hədəflərə zərbələr endirəcək.

IRNA agentliyinin məlumatına əsasən, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib.

"İnfrastruktur obyektlərinə edilən hücumlara cavab zərbələri ilə qarşılıq veriləcək və İsrail döyüşçülərimizin cavabından təhlükəsiz qalmayacaq", – deyə o vurğulayıb.

Bundan bir gün əvvəl İran hakimiyyəti ABŞ-nin hücumlarını davam etdirəcəyi təqdirdə regiondakı Amerika hərbi obyektlərinə endirilən zərbələrin çevrəsini genişləndirəcəyi ilə hədələmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti