Bakı. Trend:
Dağıstanda leysan yağışları səbəbindən 56 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Bu barədə respublikanın Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"İyulun 10-u, Moskva vaxtı ilə saat 11:00-a olan (Bakı vaxtı ilə 12:00) məlumata əsasən, səkkiz rayonda yerləşən 56 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib", – məlumatda bildirilir.
Leysanların fəsadları ilə bağlı ən mürəkkəb vəziyyət respublikanın Çarodin rayonunda qalmaqdadır. Burada sürüşmə nəticəsində "Tsurib–Arçib" avtomobil yolunun bir hissəsinin bağlanması səbəbindən 18 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
