475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi oldu

İqtisadiyyat Materials 10 İyul 2026 16:35 (UTC +04:00)
475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi oldu
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-iyun aylarında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 475 kirayə müqaviləsi rəsmiləşdirilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyulun 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 9545 ailənin mənzil şəraiti yaxşılaşıb:

"Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir. Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3 ünvan) mənzillər təqdim edilib".

"Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti