Müstəqil KİV-in dəstəklənməsində sözlərdən əməli addımlara keçmək lazımdır - Brun

Siyasət Materials 11 İyul 2026 12:35 (UTC +04:00)
Müstəqil KİV-in dəstəklənməsində sözlərdən əməli addımlara keçmək lazımdır - Brun
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Müstəqil medianın dəstəklənməsində sözlərdən əməli addımlara keçmək lazımdır.

Bunu Trend-ə "Musulmans en France" fransız xəbər portalının təsisçisi Jan-Mişel Brun Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.

"Bu cür tədbirlər çox vacibdir. Çünki onlar insanlara öz fikirlərini ifadə etmək, adətən danışmaq və öz hekayəsini bölüşmək imkanı olmayanlara səs vermək imkanı yaradır. Çıxışlar faydalıdır, lakin bu kifayət etmir. Artıq praktik addımlara keçməyin vaxtıdır", - deyə o bildirib.

Brun qeyd edib ki, ilk növbədə, Avropanın müəyyən mənada süni bir konstruksiya olduğununun fərqinə varmaq lazımdır.

"Əslində, vahid Avropa mövcud deyil. Avropa İttifaqının rəsmi siyasəti ilə Avropa xalqlarının əhval-ruhiyyəsi arasında böyük fərq var. Bunlar tamamilə fərqli anlayışlardır. Bundan əlavə, məsələn, Azərbaycanla bağlı yürüdülən siyasət xeyli dərəcədə Avropada, xüsusilə Fransada çoxsaylı erməni diasporunun mövcudluğu ilə müəyyən edilir", - deyə Brun bildirib.

O vurğulayıb ki, həmin diaspora ciddi təsir imkanlarına malikdir.

"Ermənilər həmçinin başa düşüblər ki, kommunikasiya və kütləvi informasiya vasitələri mühüm amillərdir. Buna görə də onlar jurnalistika məktəblərində, qəzetlərdə və digər media qurumlarında təsir imkanları əldə ediblər. Nəticədə Avropa institutlarının siyasəti böyük ölçüdə ermənipərəst medianın təsiri altında formalaşır. Məhz buna görə Azərbaycan kütləvi informasiya vasitələri ilə işi daha da fəallaşdırmalıdır", - deyə Brun əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti