Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Cəmiyyət Materials 11 İyul 2026 13:31 (UTC +04:00)
Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Trend-in məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb.

Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti