Venesuelada zəlzələ qurbanlarının sayı 4118 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 İyul 2026 04:00 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 4118 nəfərə çatıb

Bakı. Trend:

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 4118 nəfərə çatıb.

Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges özünün teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 29 966 nəfərə tibb müəssisələrində yardım göstərilib, 86 794 ailəyə humanitar dəstək verilib və zərərçəkənlərə 9766 ton ərzaq paylanıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti