Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 10 İyul 2026 23:55 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

İyulun 10-da Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib.

Bu barədə ŞKTC Prezident Administrasiyası məlumat verib.

Dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb. Məlumatda Tufan Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində problem yarandığı qeyd olunur.

Siyasətçinin ümumi vəziyyətinin normal olduğu, əlavə müayinələrin və müşahidələrin davam etdiyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti