Bakı. Trend:
Kubanın milli elektrik şəbəkəsində bir həftə ərzində ikinci dəfə genişmiqyaslı nasazlıq baş verib.
Bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat yayıb.
Nazirliyin X sosial şəbəkəsindəki paylaşımında bildirilib: “Elektrik enerjisinin tamamilə kəsilməsi baş verib. Bərpa protokolları başlanır”.
Qeyd edək ki, Kubanın milli elektrik şəbəkəsi iyulun 6-da da sıradan çıxmışdı. Həmin vaxtdan etibarən ölkənin bir sıra ərazilərində elektrik enerjisinin verilişində ciddi problemlər yaranmışdı.