Zakir Həsənov Türkiyəyə getdi

Cəmiyyət Materials 11 İyul 2026 10:46 (UTC +04:00)
Zakir Həsənov Türkiyəyə getdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti