ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb.
"Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ maliyyə nazirindən (Skott Bessent) fərqli olaraq, İran indiyə qədər sözünün üstündə durur", - Əraqçi deyib və öhdəlikləri pozmaqdıqlarını iddia edib.
Əraqçi bildirib ki, sanksiyaların tətbiqi də digər addımlar kimi, ABŞ-nin razılaşmanı pozmasıdır. Onun fikrincə, sənədə hər iki tərəf riayət etməlidir. "Yalnız qarşılıqlı riayət mümkündür", - XİN başçısı İranın da memorandumu poza biləcəyinə eyham vurub.
Xatırladaq ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai daha əvvəl ABŞ-ni eyni səbəbə görə tənqid edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə məsələni ən böyük təsisatda qaldırıb.
O ki qaldı ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına, bu, əsasən İran elitasının maliyyələşdirilməsi ilə əlaqəli hesab olunan Əli Ənsari, üç İran şirkəti, Honkonq və BƏƏ-dən olan bir firmalara aiddir.