Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır

Dünya xəbərləri Materials 11 İyul 2026 20:29 (UTC +04:00)
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır

Bakı. Trend:

Çinin aviaşirkətləri güclü "Bavi" tayfunu səbəbindən iyulun 12-də 2,8 mindən çox daxili reysi ləğv etməyi planlaşdırır.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanal sərnişinlərə hava şəraitini və reyslərin statusunu diqqətlə izləməyi tövsiyə edib.

İyulun 11-i axşam saatlarına olan məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən Çin aviaşirkətləri 1,3 mindən çox reysi təxirə salıb.

"Bavi" tayfunu yerli vaxtla saat 23:20-də (Moskva vaxtı ilə 16:20) Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayfunun Tayçjou şəhəri ərazisində dənizdən quruya çıxışı zamanı küləyin sürəti saniyədə 40 metr təşkil edib. Çinin şərqində təxminən 2 milyon nəfər təxliyə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti