Bakı. Trend:
ABŞ-nin "SpaceX" şirkəti iyulun 16-da Starship kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.
Bu barədə şirkətin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Starship-in 13-cü sınaq uçuşunun iyulun 16-sı, cümə axşamı günü baş tutacağı gözlənilir", - deyə paylaşımda bildirilib.
Gözlənilir ki, uçuş təxminən bir saat davam edəcək. Bu müddət ərzində şirkət gəminin bölməsindən V3 Starlink rabitə sisteminin 20 peykini orbitə çıxarmağı planlaşdırır. Şirkətə məxsus daha altı peyk isə prototipin istilikdən mühafizə ekranının vəziyyətini izləyəcək.