Bakı.Trend:
İsveçdə ərzaq məhsullarına ƏDV-nin azaldılmasından sonra getdikcə daha çox norveçli alış-veriş üçün sərhədi keçərək qonşu ölkəyə üz tutur.
Norveçin VG nəşrinin məlumatına görə, Norveçdə ərzaq məhsulları qonşu İsveçlə müqayisədə orta hesabla 51 faiz bahadır. Qəzetin əvvəlki araşdırması ilə müqayisədə ( 2025-ci ilin noyabrında Norveçdə ərzaq məhsulları İsveçdən 39 faiz baha idi) qiymət fərqi hazırda daha da artıb.
Jurnalistlər Norveçdəki supermarketlə İsveçin Strömstad şəhərində yerləşən mağazadakı qiymətləri müqayisə ediblər. Məlum olub ki, Norveçdə 7 902 Norveç kronu (təxminən 790 ABŞ dolları) dəyərində olan ərzaq səbəti İsveçdə cəmi 5 234 krona (təxminən 523 ABŞ dolları) başa gəlir. Beləliklə, alıcılar bir səfər zamanı 2 668 kron (təxminən 267 ABŞ dolları) qənaət edirlər.
