Bakı. Trend:
Küləyin sürəti saniyədə 40 metrə çatan "Bavi" tayfunu Çinin şərqində yerləşən Çjetszyan əyalətinin sahillərinə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Tayfun ərəfəsində Çinin şərqində təxminən 2 milyon nəfər təxliyə edilib.
Bundan əvvəl Çin Xalq Respublikasının Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı, həmçinin Çjetszyan və Futszyan əyalətlərinin hakimiyyət orqanları "Bavi" tayfunu ilə əlaqədar fövqəladə reaksiya səviyyəsini üçüncü dərəcədən ikinci dərəcəyə qaldırıb. Çinin Mərkəzi Meteorologiya Stansiyası isə güclü leysan yağışları ilə əlaqədar ən yüksək – qırmızı səviyyəli xəbərdarlıq elan edib.