Bakı. Trend:
İsrail hərbi qulluqçuları Livanın cənubundakı təhlükəsizlik zonasına tank əleyhinə raketlər və silah daşıyan iki "Hizbullah" yaraqlı qrupunu aşkar edib və sonra onlara qarşı hava hücumu təşkil edib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti bildirib.
"SAXAL əsgərləri Livanın cənubundakı təhlükəsizlik zonasına tank əleyhinə raket daşıyan bir neçə "Hizbullah" terrorçusunu aşkar ediblər. Terrorçular təhlükəsizlik zonasına nəqliyyat vasitəsi ilə daxil olub və tank əleyhinə raketləri ərazidəki bir tikiliyə boşaldıblar. Digər "Hizbullah" terrorçuları obyektə daha çox silah gətirib ora sızdıqdan sonra İsrail Müdafiə Qüvvələri təhlükəni aradan qaldırmaq üçün hava hücumu təşkil edib", - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, "zərbədən sonra ikinci dərəcəli partlayışlar qeydə alınıb və bu da strukturun içərisində silahların olduğunu təsdiqləyib".