ABŞ Kubaya qarşı milli təhlükəsizlik üçün bütün imkanlardan yararlanacaq - Rubio

Dünya xəbərləri Materials 11 İyul 2026 20:56 (UTC +04:00)
ABŞ Kubaya qarşı milli təhlükəsizlik üçün bütün imkanlardan yararlanacaq - Rubio

Bakı. Trend:

ABŞ Kubadan irəli gələn milli təhlükəsizliyə qarşı təhdidləri aradan qaldırmaq üçün ona qarşı istənilən vasitədən istifadə etməyə hazırdır.

Bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.

Dövlət katibi ABŞ-nin Kubada siyasi və iqtisadi islahatların vacib olduğuna dair mövqeyini bir daha təkrarlayıb. Onun fikrincə, ölkə iqtisadiyyatı "sərbəst çöküş vəziyyətindədir".

"ABŞ milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək <...> və Kubanın daha yaxşı gələcəyini təmin etmək üçün iqtisadi və siyasi islahatları təşviq edəcək. Kuba rəhbərliyi çox gec olmamışdan əvvəl əsl islahat, sülh və rifahı seçməlidir", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti