Azeri Light, Dated Brent və Urals markalı neftin qiymətlərinin həftəlik icmalı

Energetika Materials 12 İyul 2026 19:36 (UTC +04:00)
Azeri Light, Dated Brent və Urals markalı neftin qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Dated Brent və Urals markalı neftin orta qiymətləri artıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 4,06 ABŞ dolları və ya 5,5 faiz artaraq 77,69 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 82,07 ABŞ dolları, minimal qiyməti isə 73,71 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 74,97 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,81 ABŞ dolları və ya 5,3 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 79,41 ABŞ dolları, ən aşağı qiymət isə 71,15 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,89 ABŞ dolları və ya 6,9 faiz artaraq bir barel üçün 44,68 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 49,43 ABŞ dolları, minimal qiymət isə 40,95 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 73,94 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 4,07 ABŞ dolları və ya 5,8 faiz çoxdur. Həftə ərzində bir barel üçün maksimal qiymət 78,36 ABŞ dolları, minimal qiymət isə 69,88 ABŞ dolları olub.

Neft/Tarix

06.07.2026

07.07.2026

08.07.2026

09.07.2026

10.07.2026

Orta qiymət

Azeri LT CIF

$73.71

$75.66

$82.07

$79.09

$77.91

$77.69

Azeri Light FOB Ceyhan

$71.15

$72.94

$79.41

$76.31

$75.06

$74.97

Urals (EX NOVO)

$40.95

$42.93

$49.43

$45.93

$44.15

$44.68

Dated Brent

$69.88

$71.87

$78.36

$75.39

$74.20

$73.94

"Trading Economics" analitiklərinin qiymətləndirmələrinə əsasən, Brent markalı neftin qiyməti cümə günü əvvəlki sessiyada təxminən 2 faiz ucuzlaşdıqdan sonra bir barel üçün 76 ABŞ dolları səviyyəsində sabit qalıb.

Bununla belə, etalon Brent markalı neft həftənin əvvəlindən etibarən təxminən 6 faiz bahalaşmaqda davam edib. Bu artım ABŞ qüvvələrinin iki gün ardıcıl olaraq İrandakı obyektlərə zərbələr endirməsindən sonra baş verib. Həmin zərbələr Hörmüz boğazında gəmilərə qarşı son hücumlara cavab olaraq həyata keçirilib və bunun ardınca Tehran bölgədəki ABŞ hərbi bazalarına cavab zərbələri endirib.

ABŞ Prezidenti Donald Tramp da döyüş əməliyyatlarının yenidən başlamasından sonra müvəqqəti sülh razılaşmasının qüvvədə olub-olmadığını şübhə altına alaraq, razılaşmanın "artıq qüvvədə olmadığını" bəyan edib", – "Trading Economics"in məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu həftə Hörmüz boğazından keçən gəmi hərəkətinin intensivliyi əhəmiyyətli dərəcədə azalıb və bazarlar tranzitin normal səviyyəyə bərpa olunub-olunmayacağını diqqətlə izləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti