"Mançester Siti"nin futbolçusunu transfer etmək istəyirlər

İdman Materials 12 İyul 2026 14:08 (UTC +04:00)
"Mançester Siti"nin futbolçusunu transfer etmək istəyirlər

Bakı. Trend:

“Everton” “Mançester Siti”nin futbolçusu Cek Qrilişi bu yay transfer etməyə hazırlaşır.

Mersisayd təmsilçisi 30 yaşlı cinah oyunçusu üçün ödəniş limitini müəyyən edib və 5 milyon ilə 10 milyon funt sterlinq (5,9 milyon avro və 11,7 milyon avro) arasında pul ödəməyə hazırdır.

"Mançester Siti" bu müqavilədən təxminən 50 milyon funt sterlinq (58,7 milyon avro) qazanmağı gözləyir.

Ən pis halda “Everton” onu yenidən icarəyə götürməyə cəhd göstərəcək. İngilis futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Aston Villa”, “Nots Kounti” klublarında oynayıb. Cek Qriliş ötən mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti