Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb

İdman Materials 12 İyul 2026 11:15 (UTC +04:00)
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb.

O, 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Təsnifat mərhələsində 583 xal toplayan Ruslan Lunyov bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.

Xəbər lenti

Xəbər lenti