Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

İdman Materials 12 İyul 2026 02:28 (UTC +04:00)
Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Cud Bellingem tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.

1/4 finalın sonuncu oyunu Bakı vaxtı ilə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olacaq. Bu cütün qalibi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti