Aİ və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara başlayıb - Kallas

Siyasət Materials 13 İyul 2026 05:48 (UTC +04:00)
Aİ və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara başlayıb - Kallas

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara başlayıb.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Avropa Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşdır. Bu gün Aİ və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi barədə danışıqlara başlayıb”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Kallasın sözlərinə görə, Fars körfəzi ölkələri hazırda geosiyasi proseslərin mərkəzində yerləşir və Aİ ilə Bəhreyn əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

O, danışıqların başlandığını Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zayani və Avropa Komissarı Dubravka Şuitsa ilə birlikdə elan edib.

Xəbər lenti

Xəbər lenti