Bakı. Trend:
4–12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan uğurla təmsil olunub.
90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən 5 şagird təmsil edib. Azərbaycan komandası yüksək nəticə göstərərək 3 gümüş və 2 bürünc medal qazanıb.
Tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.