Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşanın Qarabağ küçəsi ilə gəzintidə olublar (FOTO)

Cəmiyyət Materials 12 İyul 2026 22:42 (UTC +04:00)
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşanın Qarabağ küçəsi ilə gəzintidə olublar (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

ŞUŞA/ Trend/ - 4-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Qarabağ küçəsi ilə tanışlıq gəzintisində olublar.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumun qonaqları dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif təyinatlı 10 binanın inşa edildiyi Qarabağ küçəsi ilə tanış olublar.

Gəzinti zamanı qonaqlara Qarabağ küçəsində həyata keçirilən layihə, aparılan tikinti və bərpa işləri, eləcə də şəhər infrastrukturunun inkişafı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, küçədə hotel, apart-otellər, ofis sahələri və ictimai iaşə obyektləri yerləşir. Tikinti zamanı işlərin keyfiyyətinə və yeni binaların Şuşanın memarlıq siması ilə ahəngdar şəkildə uzlaşmasına xüsusi diqqət yetirilib.

4-cü Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın beynəlxalq informasiya agentliyinin, 60-dan çox aparıcı media qurumunun, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı gözlənilir. Forum iştirakçıları arasında xarici media nümayəndələri ilə yanaşı, Azərbaycan mediasının təmsilçiləri, ekspertlər və rəsmi şəxslər də yer alırlar.

Forum iyulun 13-14-də keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti