Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub

İdman Materials 13 İyul 2026 00:18 (UTC +04:00)
Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub

Bakı. Trend:

Dünya reytinqinin bir nömrəsi, italiyalı Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub.

O, finalda almaniyalı tennisçi, dünya reytinqinin üçüncüsü Aleksandr Zverevlə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Y.Sinner rəqibini 3:1 (6-7, 7-6, 6-3, 6-4) hesabı ilə məğlub edərək çempion olub. Bununla da italiyalı tennisçi ötən il qazandığı titulu uğurla müdafiə edərək ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi olub.

Xəbər lenti

Xəbər lenti