ABŞ İranın 13 şəhərinə hava zərbələri endirib, 1 nəfər həlak olub

Dünya xəbərləri Materials 13 İyul 2026 06:52 (UTC +04:00)
ABŞ İranın 13 şəhərinə hava zərbələri endirib, 1 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hava zərbələri zamanı ölkənin 13 şəhəri hədəf alınıb.

Bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələr Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Məhşəhr, Behbəhan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Endimeşk şəhərlərinə endirilib.

"İRNA" agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə isə, İranın qərbindəki Xuzistan əyalətinə endirilən zərbələr nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti