İran İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb

Dünya xəbərləri Materials 13 İyul 2026 06:44 (UTC +04:00)
İran İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib.

SEPAH-ın açıqlamasında hücum nəticəsində bazadakı sursat anbarları və yanacaq çənlərinin alovlandığı iddia olunub.

Bildirilib ki, İordaniyaya endirilən zərbələr davam edən "qisas əməliyyatının" ilk mərhələsidir.

Hadisə ilə bağlı ABŞ və İordaniya tərəfindən rəsmi açıqlama verilməyib.

Xəbər lenti

Xəbər lenti