Bakı.Trend:
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 7 vaqon buğda göndəriləcək.
Trend xəbər verir ki, bu gün Ermənistana 490 ton buğda tədarük ediləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə,
1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit
göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox
dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
