Şuşa. Trend
Azərbaycan qısa müddət ərzində müxtəlif hərəkatlar, təşkilatlar və kütləvi informasiya vasitələri arasında qlobal dialoq üçün mühüm beynəlxalq platformaya çevrilib.
Bunu Trend-ə IV Şuşa Qlobal Media Forumunun kuluarlarında Beynəlxalq Sikh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabjot Sikh bildirib.
“Azərbaycan çox qısa zamanda dünyanın müxtəlif bölgələrindən, xüsusilə də Qlobal Cənub ölkələrindən olan müxtəlif hərəkatlar, təşkilatlar və əlbəttə ki, media nümayəndələri arasında qlobal kommunikasiya və dialoq mərkəzinə çevrilib”, – deyə o qeyd edib.
Beynəlxalq Sikh Federasiyasının nümayəndəsi Şuşa haqqında danışarkən şəhərin zəngin mədəni irsinin onda böyük təəssürat yaratdığını vurğulayıb.
“Şuşanın mədəni abidələrini ziyarət etmək, eyni zamanda münaqişənin izlərini görmək və şəhərin tarixini öyrənmək çox dəyərlidir. Yerli icmanın dayanıqlığını və insanların öz doğma torpaqlarına necə qayıda bildiyini görmək də olduqca vacibdir”, – deyə P. Sinqh əlavə edib.
