Bakı.Trend:
“Yelo Bank” ASC Brendin İdarəedilməsi Departamentinin sorğusu
əsasında poliqrafiya və çap işləri üzrə
ixtisaslaşmış şirkətləri texniki tenderdə iştirak etməyə dəvət
edir.
Tenderin əsas şərtləri:
- Bu mərhələdə qiymət təklifi təqdim edilmir;
- İştirakçılar tələb olunan standartlara uyğun hazırlanmış nümunə işlərini Bankın Baş Ofisinə təqdim etməlidirlər;
- Nümunələri Sifarişçinin tələblərinə cavab verən və seçilən təchizatçılar növbəti – Maliyyə Tenderi mərhələsinə keçid hüququ qazanacaqlar.
Hazırlanmış nümunələrin Banka təqdim edilməsi üçün son tarix:
24.07.2026
Nümunələrin təqdim ediləcəyi ünvan: Bakı şəhəri, Həsən bəy Zərdabi
81K, Yelo Bank, Baş Ofis
Əlaqələndirici şəxs: Leyla Abbasova (+994 55 213 70 12)
Tenderlə bağlı bütün suallar yazılı formada qeyd olunan tarixlər
nəzərə alınmaqla aşağıdakı elektron poçt ünvanlarına
göndərilməlidir:
Leyla Abbasova | [email protected] | Mobil:
+994552137012;
Surəti (CC): Rəşad Şükürov | [email protected] | Mobil:
+994556700027
Qeyd: Bank daxili satınalma siyasətinə əsasən,
bütün tender iştirakçılarına bərabər və şəffaf imkanlar təmin
edilir. Tender sənədindəki bütün məlumatların məxfiliyinin
qorunması mütləqdir. Tender şərtləri və müraciət qaydaları ilə
bağlı daha ətraflı məlumatla linkə keçid edərək tanış ola
bilərsiniz: https://ylb.az/4ydQ1M1.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
