ABŞ-İran münaqişəsi ilə əlaqədar Avropanın fond birjaları tənəzzül edir

Dünya xəbərləri Materials 13 İyul 2026 12:00 (UTC +04:00)
ABŞ-İran münaqişəsi ilə əlaqədar Avropanın fond birjaları tənəzzül edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və İran arasında hərbi qarşıdurmanın kəskinləşməsi, eləcə də Tehranın Hörmüz boğazını bağlaması nəticəsində investorlar arasında narahatlığın artması fonunda ötən həftə qeydə alınan ciddi itkilərdən sonra Avropa fond bazarları həftəyə enişlə başlayıb.

Ümumavropa “STOXX 600” indeksi Qrinviç vaxtı ilə saat 07:02-yə olan (Bakı vaxtı ilə 11:02) məlumata görə 0,3 faiz azalaraq 639,29 bənd təşkil edib.

Münaqişənin yenidən alovlanması ötən ay ABŞ və İran arasında əldə edilmiş, Hörmüz boğazında gəmiçiliyin bərpasını və gələcək danışıqlara zəmin yaradılmasını nəzərdə tutan razılaşmanın taleyi ilə bağlı yeni suallar yaradıb.

Neftin qiyməti 4 faizdən çox artıb ki, bu da “STOXX 600” indeksində enerji sektorunun səhmlərinin 1,6 faiz bahalaşmasına səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti