Aİ Ermənistanda yeni missiya yaradacaq

Dünya xəbərləri Materials 13 İyul 2026 10:35 (UTC +04:00)
Aİ Ermənistanda yeni missiya yaradacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Ermənistan üçün “hibrid təhdidlər” adlandırılan risklərlə mübarizə üzrə Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər.

Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

"Xarici işlər nazirləri Ermənistanla tərəfdaşlıq çərçivəsində yeni missiyanın yaradılmasını razılaşdıracaqlar. Bu missiya onların üzləşdiyi hibrid təhdidlərlə mübarizə aparacaq", – deyə Kallas bildirib.

Brüsselin bəyanatlarında “hibrid təhdidlərlə mübarizə” ifadəsi Rusiyanın təsirinə qarşı fəaliyyət göstərilməsi mənasını daşıyır. Aİ-nin analoji missiyaları Ukrayna və Moldovada da fəaliyyət göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti