İordaniya İranın 4 ballistik raketini məhv edib

Dünya xəbərləri Materials 13 İyul 2026 12:13 (UTC +04:00)
İordaniya İranın 4 ballistik raketini məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İordaniyanın Hava Hücumlarından Müdafiə (HHM) qüvvələri İrandan ölkə ərazisinə buraxılmış dörd ballistik raketi zərərsizləşdirib.

Bu barədə ölkənin baş ordu qərargahı məlumat yayıb.

“Gecə saatlarında ölkənin hava hücumlarından müdafiə sistemləri İordaniyanın hava məkanında İran ərazisindən buraxılmış dörd ballistik raketi müəyyən edərək məhv edib”, - deyə rəsmi məlumatda qeyd edilir.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl rəsmi Tehran ABŞ zərbələrinə cavab olaraq ölkənin körfəz dövlətlərindəki obyektlərini hədəfə alacağını bildirmişdi.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti