Bakı. Trend:
Azərbaycanda növbəti tədris ili üçün məktəbəhazırlıq qruplarına
qəbulun vaxtı açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.
"Qeydiyyat ilə bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.
Xatırladaq ki, ötən tədris ilində 86 min 532 uşaq
məktəbəhazırlıq qruplarında təlim-tədrisə cəlb edilib.
Bu il Azərbaycan bölməsi üzrə 81 mindən çox uşaq məktəbəhazırlıq
qrupundan avtomatik olaraq I sinfə keçirilib. 2026-2027-ci tədris
ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son
məlumatlarına əsasən artıq 115 min nəfərdən çox yaxın uşağın
birinci sinfə qəbulu tamamlanıb.
