Azərbaycan beynəlxalq dialoqun inkişafında mühüm rol oynayır - "Euronews" jurnalisti(ÖZƏL)

Siyasət Materials 13 İyul 2026 15:23 (UTC +04:00)
Azərbaycan beynəlxalq dialoqun inkişafında mühüm rol oynayır - "Euronews" jurnalisti(ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

Azərbaycanda beynəlxalq forumların keçirilməsi qlobal dialoqun inkişafına və müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Bunu Trend-ə "Euronews" telekanalının jurnalisti Lora Bakvell IV Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.

"Bu cür forumlar olduqca böyük önəm daşıyır. Bu gün burada Afrikadan, Yaxın Şərqdən, Rusiyadan, Ukraynadan, Argentinadan və bir çox başqa ölkələrdən olmaqla 50-dən çox ölkənin media nümayəndələri bir araya gəlib. Məhz belə görüşlər diplomatiyanın və sülhün möhkəmləndirilməsi üçün vacibdir, çünki onlar açıq dialoq və ünsiyyət üçün əlverişli şərait yaradır", – deyə o bildirib.

Bakvellin sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən jurnalistləri bir araya gətirərək fikir mübadiləsi üçün mühüm platformaya çevrilib.

Şuşadan söz açan jurnalist qeyd edib ki, şəhərlə hələ ətraflı tanış olmağa imkan tapmasa da, buranın təbiəti onda artıq böyük təəssürat yaradıb.

"Hava limanından bura gətirən yol sadəcə möhtəşəm idi. Burada təbiət heyrətamiz dərəcədə gözəldir və mən Şuşa ilə, eləcə də onun gəzməli-görməli yerləri ilə daha yaxından tanış olmağı səbirsizliklə gözləyirəm", – deyə jurnalist bildirib.

Bakvell həmçinin şəhərin infrastrukturunu yüksək qiymətləndirərək bildirib ki, burada yaradılan infrastruktur ən yüksək beynəlxalq standartlara cavab verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti