"Yay Fest 2026"da 2 mindən çox gəncin iştirakı nəzərdə tutulub - Yusif Vəliyev

Siyasət Materials 13 İyul 2026 18:39 (UTC +04:00)
"Yay Fest 2026"da 2 mindən çox gəncin iştirakı nəzərdə tutulub - Yusif Vəliyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Şamaxı. Trend:

Yay Fest 2026 və festival çərçivəsində səkkiz həftə ərzində təşkil olunacaq düşərgələrdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulub.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev Yay Fest 2026-nın ilk günündə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yay Fest iştirakçı sayı və keçirilmə müddətinə görə Azərbaycanın ən irimiqyaslı gənclər layihələrindən biridir.

“Bu, yalnız açıq havada keçirilən düşərgə formatı deyil. Eyni zamanda dövlət gənclər siyasətinin əsas prioritetlərini təşviq edən bir platformadır”, - deyə o bildirib.

Y.Vəliyev qeyd edib ki, festival çərçivəsində gənclər ekspertlər tərəfindən təlimlər alacaq, asudə vaxtlarını səmərəli təşkil edəcək və komanda ruhunun formalaşdırılmasına yönəlmiş fəaliyyətlərdə iştirak edəcəklər.

“Əsas məqsədimiz gənclərin həm şəxsi, həm də peşəkar inkişafına dəstək olmaq, eyni zamanda dövlətçilik ənənələrini təşviq etməkdir”, - deyə o əlavə edib.

Y.Vəliyev vurğulayıb ki, Yay Fest 2026-nın builki konsepsiyası süni intellekt və rəqəmsal transformasiyaya həsr olunub.

Onun sözlərinə görə, səkkiz həftə ərzində müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirakı ilə bu mövzular ətrafında gənclərlə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti