Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin sayəsində Azərbaycan dünyada getdikcə daha nüfuzlu və hörmət edilən dövlətə çevrilir (ÖZƏL)

Siyasət Materials 13 İyul 2026 14:37 (UTC +04:00)
Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin sayəsində Azərbaycan dünyada getdikcə daha nüfuzlu və hörmət edilən dövlətə çevrilir (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin sayəsində Azərbaycan dünyada getdikcə daha nüfuzlu və hörmət edilən dövlətə çevrilir.

Bunu Trend-ə IV Şuşa Qlobal Media Forumu çərçivəsində tanınmış jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai xadim Mixail Qusman deyib.

"Azərbaycana, onun tarixinə, mədəniyyətinə və bugünkü inkişafına göstərilən marağı, ilk növbədə, Prezident İlham Əliyevin adı ilə əlaqələndirərdim. O, həyata keçirdiyi xarici siyasət vasitəsilə Azərbaycanın dünyada getdikcə daha nüfuzlu və hörmət edilən dövlətə çevrilməsi üçün çox böyük işlər görür", – deyə o bildirib.

Mixail Qusmanın sözlərinə görə, Azərbaycan, Bakı və Şuşa bu gün iri beynəlxalq siyasi, iqtisadi və mədəni tədbirlərin keçirildiyi mühüm məkanlara çevrilir.

"Bu, Azərbaycanın dünyada malik olduğu nüfuzundan və ölkəyə hansı dərəcədə marağın olmasından xəbər verir", – deyə o qeyd edib.

Mixail Qusman Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünə də diqqət çəkib.

"Prezident forum iştirakçılarına üç saatdan artıq vaxt ayıraraq istisnasız bütün sualları cavablandırdı. Bu, onun kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəyə verdiyi önəmin və dialoqa açıqlığının göstəricisidir", – deyə o vurğulayıb

Şuşadan danışan Mixail Qusman qeyd edib ki, son illərdə şəhər tamamilə dəyişib.

"Mən ilk dəfə buraya Zəfərdən qısa müddət sonra gələndə Şuşa hələ də cəbhəyanı şəhərin izlərini daşıyırdı. Bu gün isə o, Azərbaycanın müasir mədəni-tarixi mərkəzidir. Bu şəhəri görmək və ədalətin bərqərar olduğuna şahid olmaq üçün buraya minlərlə turistin gələcəyinə əminəm", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti