Tramp ABŞ-nin yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini bildirib

Dünya xəbərləri Materials 14 İyul 2026 00:54 (UTC +04:00)
Tramp ABŞ-nin yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini bildirib

Bakı. Trend:

ABŞ yaxın günlərdə İrana qarşı güclü zərbələr endirməyi planlaşdırır.

Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı radioaparıcı Hyu Hyuitə müsahibəsində bildirib.

"Bu axşam onlara çox ciddi zərbə endirəcəyik. Sabah da onlara ciddi zərbə vuracağıq. Onlar isə bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəklər", - deyə Tramp İran ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

Bununla yanaşı, Tramp ABŞ-ın "çox güman ki, yaxın vaxtlarda" İranın Natanz şəhərində yerləşən nüvə obyektinə də hava zərbəsi endirə biləcəyini istisna etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti