Füzulidə yanğının yayıldığı minalanmış ərazidə partlayışlar baş verir

Hadisə Materials 13 İyul 2026 19:41 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunda davam edən yanğın zamanı alovun yayıldığı mina ilə çirklənmiş ərazilərdə partlayışlar baş verir.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınıb. Yanğının təsiri nəticəsində ərazidə yerləşən minalar ardıcıl olaraq partlayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq və yanğını tam söndürmək üçün fasiləsiz fəaliyyət göstərirlər.

Ərazinin mina ilə çirklənməsi yanğınsöndürmə işlərini çətinləşdirsə də, vəziyyət aidiyyəti qurumların nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti