Süni intellekt və "deep fake"lər istifadəçilərin internetdə yayımlanan istənilən məzmuna etibarını itirməsinə səbəb ola bilər - Karen Sazerlend

Siyasət Materials 14 İyul 2026 01:42 (UTC +04:00)
Süni intellekt və "deep fake"lər istifadəçilərin internetdə yayımlanan istənilən məzmuna etibarını itirməsinə səbəb ola bilər - Karen Sazerlend
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

Süni intellekt və "deepfake" texnologiyalarının inkişafı gələcəkdə istifadəçilərin internetdə yayımlanan istənilən məzmuna etibarını itirməsinə səbəb ola bilər.

Trend-in tədbirdə iştirak edən xüsusi müxbiri xəbər verir ki, bunu "Dharana Digital" şirkətinin direktoru, sosial media üzrə mütəxəssis və tədqiqatçı Karen Sazerlend IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir çağırışlar və əsas həllər" mövzusunda panel müzakirəsində deyib.

"Düşünürəm ki, elə bir mərhələyə gəlib çatacağıq ki, internetdə gördüyümüz heç nəyə inanmayacağıq. Çünki artıq həqiqəti saxtadan ayırd edə bilməyəcəyik", – deyə o bildirib.

Sazerlendin sözlərinə görə, süni intellekt bir çox tapşırığın yerinə yetirilməsini və böyük həcmli məlumatların təhlilini xeyli asanlaşdırır. Bununla yanaşı, bu texnologiya "deepfake", saxta audio və video yazılar, eləcə də digər alətlərdən istifadə etməklə istifadəçiləri aldatmağa çalışan dələduzlar üçün yeni imkanlar yaradır.

O qeyd edib ki, bu təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün dövlət qurumlarının, rəqəmsal platformaların və cəmiyyətin birgə səyləri zəruridir. Onun fikrincə, istifadəçilərin rəqəmsal savadlılığının artırılması, məlumatların etibarlılığının yoxlanılması və süni intellekt vasitəsilə yaradılan məzmunun tənzimlənməsi üçün səmərəli mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti