Bakı. Trend:
ABŞ-nin İran dəniz limanlarına qarşı tətbiq etdiyi blokada iyulun 14-də bərpa olunacaq.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Ali Baş Komandanın əmri ilə CENTCOM qüvvələri 14 iyul tarixində Şərqi sahilləri vaxtı ilə saat 16:00-da İran limanlarına və limanlarından dəniz nəqliyyatının bağlanmasını bərpa edəcək", - deyə bildirilib.
Açıqlamada ABŞ ordusunun İranın sahil zonasına doğru hərəkət edən gəmiləri bloklayacağı bildirilib. Orada qeyd olunub ki, İranın əvvəlki dəniz blokadası zamanı, 13 apreldən 18 iyuna qədər ABŞ ordusu 140-dan çox gəmini istiqamətləndirib və daha 9 gəmini hərəkətsiz vəziyyətdə saxlayıb.
