Hörmüz boğazı həmişə İranın nəzarəti altında olacaq - Abbas Əraqçi

Dünya xəbərləri Materials 14 İyul 2026 02:06 (UTC +04:00)
Hörmüz boğazı həmişə İranın nəzarəti altında olacaq - Abbas Əraqçi

Bakı. Trend:

Tehran heç vaxt Hörmüz boğazına nəzarətdən imtina etməyəcək.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə qalacaq", - deyə o, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz üzərinə götürəcəyi ilə bağlı sözlərinə cavab verib.

Eyni zamanda, Əraqçi Trampın hər gəmi ilə daşınan yükün dəyərinin 20 faizini bu xidmətlər üçün almaq planlarına zarafatla cavab verib:

"ABŞ prezidenti boğazdan təhlükəsiz keçid üçün pul ödənilməli olduğunu deyəndə haqlıdır (...). Amma 20%, şübhəsiz ki, çoxdur. Biz daha ədalətli qiymət təyin edəcəyik".

Xəbər lenti

Xəbər lenti