Hörmüz boğazında BƏƏ-nin iki tankerinə hücum edilib

Dünya xəbərləri Xəbər 14 İyul 2026 03:07 (UTC +04:00)
Hörmüz boğazında BƏƏ-nin iki tankerinə hücum edilib

Bakı. Trend:

İran Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki neft tankerinə qanadlı raket zərbələri endirib, onlardan birinin heyət üzvü həlak olub.

Bu barədə BƏƏ Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, hücum gəmilər Omanın ərazi sularında üzərkən baş verib. "Mombasa" tankerinə edilən zərbə nəticəsində bir heyət üzvü həlak olub, səkkiz nəfər yaralanıb. Gəmilərə ciddi maddi ziyan dəyib və göyərtədə yanğınlar baş verib, lakin onlar söndürülüb.

BƏƏ Müdafiə Nazirliyi hücumun "beynəlxalq hüququn ciddi şəkildə pozulması" olduğunu bildirib.

Bəyanatda vurğulanıb ki, BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini, əhalisini və sakinlərini qorumaq üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti