ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb

Dünya xəbərləri Materials 15 İyul 2026 00:18 (UTC +04:00)
ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə qarşı yeni zərbələr seriyasına başlayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM qüvvələri İrana qarşı növbəti zərbə mərhələsinə başlayıb və Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücumlar üçün istifadə olunan İran imkanlarını məhdudlaşdırmaq istiqamətində əməliyyatları davam etdirir", – deyə komandanlığın "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir.

CENTCOM-un məlumatına görə, zərbələrlə paralel olaraq ABŞ hərbçiləri İran İslam Respublikasının dəniz limanlarının blokadasını yenidən tətbiq etməyə hazırlıq görürlər.

Xəbər lenti

Xəbər lenti