Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb (FOTO)

Siyasət Materials 14 İyul 2026 21:52 (UTC +04:00)
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verdi.

Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti