Bakı. Trend:
Meksikada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Tapaçula şəhərindən 17 km cənub-qərbdə, ocağı isə 80 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.