Qırğızıstan yanacağın ixracını tam qadağan edib

Dünya xəbərləri Materials 14 İyul 2026 16:11 (UTC +04:00)
Qırğızıstan yanacağın ixracını tam qadağan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstan yanacağın digər ölkələrə ixracını müvəqqəti qadağan edib. Hökumətin qərarına əsasən, bu tədbir daxili bazarın tələbatı tam ödənilənədək qüvvədə olacaq.

Müvafiq sənəd Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.

Buna qədər yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqı (Aİİ) hüdudlarından kənar tədarüklərə şamil edilirdi. Yeni qərara əsasən isə qadağa bütün istiqamətlər üzrə qüvvədə olacaq. Qərarda bildirilir ki, məhdudiyyətlər daxili bazarın tam təmin olunmasına və ya Aİİ çərçivəsində vahid neft bazarının formalaşmasına qədər qüvvədə qalacaq.

Eyni zamanda, ölkə 1 aprel 2027-ci il tarixinədək neft məhsullarının avtomobil nəqliyyatı ilə idxalına tətbiq olunan əvvəlki məhdudiyyətlərin icrasını dayandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti