Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp əvvəlcədən Səudiyyə Ərəbistanının husilərin nəzarətində olan Səna hava limanına qarşı hərbi əməliyyat keçirməsinə dəstək olub.
Bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbənin məqsədi göyərtəsində, ehtimal ki, Yəmənin şiə hərəkatı "Ənsar Allah" rəhbərliyinin olduğu təyyarə hava limanına enməzdən əvvəl onu məhv etmək olub.
“Axios”-un iddiasına əsasən, əməliyyata başlamazdan əvvəl Ər-Riyad Vaşinqtondan dəstək istəyib. Telefon danışığı zamanı Tramp planlaşdırılan əməliyyatı dəstəklədiyini bildirib, bundan sonra Səudiyyə tərəfi obyektə zərbə endirib.
Nəşr qeyd edir ki, bu əməliyyat ABŞ və Səudiyyə Ərəbistanının İranın dəstəklədiyi husilərə qarşı həyata keçirdiyi ən qeyri-adi birgə təşəbbüslərdən biri olub.
Hücumdan sonra "Ənsar Allah" hərəkatının siyasi bürosunun nümayəndəsi Məhəmməd əl-Fərəh bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanını husilərlə birbaşa silahlı qarşıdurmaya sövq edir.
