Tramp Netanyahunu dəstəkləməyi dayandırmadığını bildirib

Dünya xəbərləri Materials 14 İyul 2026 04:14 (UTC +04:00)
Tramp Netanyahunu dəstəkləməyi dayandırmadığını bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahuya dəstəyindən imtina etmədiyini bildirib.

Bu barədə Donald Tramp radioaparıcı Hyu Hyuitə müsahibəsində deyib.

"Xeyr, qətiyyən. Bizim münasibətlərimiz çox yaxşıdır", - deyə ABŞ prezidenti KİV-də onun Netanyahuya dəstəyi dayandırdığına dair yayılan xəbərləri şərh edərkən bildirib.

"Bəzən onunla razılaşmıram. Bunu açıq şəkildə də deyirəm. Və haqlı çıxıram", - deyə Tramp Netanyahuya istinad edərək əlavə edib.

"O, müharibə dövrünün baş naziridir. O, öz işini yaxşı görür", - deyə ABŞ prezidenti vurğulayıb.

Trampın fikrincə, əgər o və ya Benyamin Netanyahu vəzifələrində olmasaydılar, İranın hərəkətləri səbəbindən "bu gün İsrail mövcud olmazdı".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti