Hikmət Hacıyev süni intellekt və sosial şəbəkələr üçün etik standartların hazırlanmasına dair çağırış edib

Siyasət Materials 14 İyul 2026 10:47 (UTC +04:00)
Hikmət Hacıyev süni intellekt və sosial şəbəkələr üçün etik standartların hazırlanmasına dair çağırış edib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

Beynəlxalq ictimaiyyət sosial şəbəkələr və süni intellekt texnologiyaları üçün etik standartlar və müvafiq tənzimləmə normaları hazırlamalı, eyni zamanda onların gələcək inkişafını təmin etməlidir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun ikinci günü çərçivəsində çıxışı zamanı deyib.

"Söhbət texnologiyaların məhdudlaşdırılmasından getmir. Məqsəd uşaqların qorunması və rəqəmsal innovasiyaların rəqəmsal məsuliyyətlə yanaşı inkişaf etməsinin təmin edilməsidir", – deyə Hacıyev bildirib.

По его словам, правительства по всему миру сталкиваются с необходимостью защищать детей и подростков от вредоносного контента, кибернасилия, травли, алгоритмов, формирующих зависимость, и психологических рисков, одновременно сохраняя доступ к информации и свободу выражения мнений.

Onun sözlərinə görə, dünya hökumətləri bir tərəfdən uşaqları və yeniyetmələri zərərli məzmundan, kiberzorakılıqdan, bullinqdən, asılılıq yaradan alqoritmlərdən və psixoloji risklərdən qorumaq, digər tərəfdən isə məlumat əldə etmək və ifadə azadlığını təmin etmək zərurəti ilə üz-üzədir.

H.Hacıyev qeyd edib ki, innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və insan hüquqlarına hörmət arasında balansın tapılması vacibdir.

"Biz süni intellekt məsələsində də eyni səhvləri təkrarlayırıq. Heç kim texnologiyanın və elmin inkişafını dayandıra bilməz. Lakin etik normalar və müvafiq tənzimləmə mexanizmləri olmalıdır", – deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti