Bakı. Trend:
Bəhreyndə "Patriot" hava hücumundan müdafiə sisteminin radarını, ABŞ Hərbi Dəniz Qüvvələrinin hava nəzarət radarını və erkən xəbərdarlıq radar sistemini məhv edilib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilib.
"“Patriot” hava hücumundan müdafiə radarları, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Hava Hücumundan Müdafiə Eskadrilyası hava məkanının idarəetmə radarı və "C-RAM" erkən xəbərdarlıq sistemi məhv edilib", - deyə bildirilib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.